“Zabil Müqabiloğlunu çoxdan tanıyırdım. İstedadı, bacarığı, ədəb-ərkanı ilə seçilən həmkarlarımızdan idi. Torpağa tapşırıldığı bu gün barəsində keçmiş zamanda danışmaq olduqca ağırdır”.
Teleqraf.com xəbər verir ki, bunu sosial şəbəkədəki hesabında Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov yazıb.
Ə.Amaşov qeyd edib ki, Z.Müqabiloğlu müalicə üçün İranda olarkən telefonla söhbətləşiblər: “İlk dəfə səhhəti pisləşəndə xəstəxanaya baş çəkməyə də getmişdim. Xəstəliyinin bənizinə gətirdiyi solğun körkəmdə bir yaşamaq istəyi duydum. Ağrısız-acısız, sərhədləri olmayan, çərçivələnməyən, məhdudiyyətsiz yaşamaq istəyi. O, azad insan idi. Zabil artıq haqq dünyasındadır. Ruhunun azadlığını tapdığı yerdə. Ağrımıza, acımıza təsəllimiz də yalnız budur. Təəssüf ki, budur”.
Mətbuat Şurasının sədri Z.Müqabiloğlunun doğmalarına, əzizlərinə, daim təəssübünü çəkdiyi, ona qayğısını əsirgəməyən həmkarlarına dərin hüznlə başsağlığı verib: “Allah rəhmət eləsin. Məkanı cənnət olsun!”
Səxavət