2 Mart 2017 21:58
442
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.

Komissiyanın üzvü Mehdi Mehdiyev bildirib ki, iclasda 130 müraciətə baxılıb. Onun sözlərinə görə, indiyədək keçirilən iclaslarda baxılan müraciətlərin əksəriyyətinə müsbət rəy verilib.

Qeyd edək ki, Novruz Bayramı ərəfəsində əfv sərəncamının imzalanacağı gözlənilir. Həmin vaxta qədər daha bir neçə iclasın keçiriləcəyi, iclaslarda 800-dən çox müraciətə baxılacağı bildirilir.
/APA/


Müəllif:

Oxşar xəbərlər