Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-leytenant Mədət Quliyev 900-ə yaxın Azərbaycan vətəndaşının Suriya, İraq və digər ölkələrdə terrorçu təşkilatlara qoşulduğunu açıqlayıb.
Teleqraf.com xəbər verir ki, Mədət Quliyev həmin şəxslərin çoxunun həlak olduğunu bildirib: “Onların 84 nəfəri Azərbaycana qayıtdıqdan sonra cinayət məsuliyyətinə cəlb olunub. Son bir ildə 54 nəfər bu cür əməllərinə görə Azərbaycan vətəndaşlığından çıxarılıb".