7 Mart 2017 12:19
481
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilir.

Teleqraf.com xəbər verir ki, parlamentin iclasında Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva da iştirak edir.

Parlamentin sədri Oqtay Əsədov birinci vitse-prezidenti təbrik edib: “Bildiyiniz kimi, Mehriban xanımın çoxşaxəli fəaliyyəti var və bunun biri də Milli Məclisdəki fəaliyyətidir. Mehriban xanım 12 ilə qədər parlamentdə fəaliyyət göstərib. Bir sıra qanun layihələrinin müəllifi olub. Dörd Amnistiya Aktının təşəbbüskarıl olub, 10 minlərlə insanın azadlığa çıxmasına öz töhvəsini verib. Eyni zamanda Mehriban xanım Azərbaycan parlamentinin beynəlxalq əlaqələrinin möhkəmlənməsində iştirak edib. Mən əminəm ki, Mehriban xanım yeni dövlət vəzifəsində də xalqın vəkili olacaq. Biz Mehriban xanıma bu çətin və şərəfli işində uğurlar arzulayırıq”.

Birinci vitse-prezident Mehriban Əliyeva isə Milli Məclisdə vida çıxışı edib: “Hörmətli Oqtay müəllim, millət vəkilləri, cənab prezidentin 23 fevral tarixli sərəncamına əsasən, yeni vəzifəyə təyin olunmuşam. Mən 10 ildən artıq parlament üzvü olmuşam. Bu 10 ildən artıq Milli Məclisin üzvü olmağım mənim üçün böyük şərəf olub”.

Hazırda Mehriban Əliyevanın çıxışı davam edir.


Müəllif:

Oxşar xəbərlər