27 Mart 2017 17:46
438
12 Punto 14 Punto 16 Punto 18 Punto

“2016-ci il Azərbaycanda “Honq Konq” virusuna yoluxanların sayı 5 nəfər olub”.

Teleqraf.com xəbər verir ki, bu barədə V.Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru Həqiqət Qədirova deyib.

Onun sözlərinə görə, bu virus epimediya halına keçmədiyindən sıçrayış baş verməyib: “Həmin xəstələr institutun xüsusi şöbəsinə daxil olub və xəstələrdən müayinələr götürülərək Taun Əleyhinə Stansiyaya göndərilib. İnstitutdan 2, digər poliklinikalardan isə 3 xəstədən götürülən müayinə nəticəsində onların “Hon Konq” virusuna yoluxduğu təsdiqlənib. Virus adi mövsümi qrip formasında ötüşdü və kəskin problem yaratmadı”.

Direktor əlavə edib ki, bütün dünyada ən çox xəstələnmə qrip və kəskin respirator virus infeksiyaları ilə bağlıdır: “Zamanla qrip infeksiyaları arasında mutasiya nəticəsində yeni qrip virusları - ştamplar yaranır. Keçən ilin də yeni qrip virusu “Honq Konq” idi. Ancaq bir məqamı bilmək lazımdır ki, hər bir asqırma və ya öskürmə qrip demək deyil. Burada Adena, respirator virus və digər hallar ola bilər”.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər