6 Aprel 2017 23:16
387
12 Punto 14 Punto 16 Punto 18 Punto

Samux rayonunda “Ünvanlı dövlət sosial yardımı ilə bağlı hüquqi mexanizm” mövzusunda təlim təşkil olunub. Təlimdə dövlət qurumları, bələdiyyə, QHT və kənd icma nümayəndələri iştirak edib.

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) İctimaiyyətlə Əlaqələr Şöbəsindən Teleqraf.com-a daxil olan məlumata görə, təlimi giriş sözü ilə layihənin əlaqələndiricisi xanım Aynur Əliyeva açdı. Ombudsman Aparatı Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov “Ünvanlı dövlət sosial yardımı ilə bağlı hüquqi mexanizm” mövzusunda təqdimat etdi. Təlimdə qrup işi təşkil olunmuş və hər işçi qrup verilən tapşırıq əsasında təqdimatlarını etmişdir. Təlim interaktiv formada keçirildi və təlimin mövzusu ilə bağlı iştirakçılar tərəfindən verilən suallar cavablandırıldı.

Avropa İttifaqı tərəfindən maliyyələşən, BMT İnkişaf Proqramının dəstəyi, CESD-in icrası ilə həyata keçirilən layihə çərçivəsində Gəncə şəhəri və Samux rayonunda Dövlət strukturları, KİV, QHT nümayəndələrinin iştirakı ilə “Qanunvericiliyin izahı və məlumatlandırma” “Ünvanlı sosial yardım institunun sosial hüquqların qorunmasında əhəmiyyəti”, “Ünvanlı dövlət sosial yardımı ilə bağlı hüquqi mexanizm”, “Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatlar BMT-nin davamlı inkişafı məqsədləri konteksində”, “Əhalinin məşğulluq və bu sahədə məlumatlılığının artırılması” mövzularında təlimlər təşkil olunmuş və təşkil olunmaqda davam etdirilir.

Həyata keçirilən layihənin əsas məqsədi sosial sahədə mövcud qanunvericilik ilə əhalini məlumatlandırmaqdan ibarətdir.


Müəllif:

Oxşar xəbərlər