12 Aprel 2017 13:41
397
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bioloji aktiv maddələr dərman deyil və onların tərkibində bioloji fəal maddələr var”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Musa Quliyev bildirib.

Deputat deyib ki, biloji aktiv maddələrdən həddsiz və dozasız istifadə etmək zərər verə bilər: “Bioloji fəal maddələr dərman vasitəsini əvəz etmir, amma xəstələrin orqanizminin gücləndiriıməsi, onun reabiltasiyası dövründə bu vasitələrdən istifadə edilir. Ona görə də bunların işlənmə qaydası olmalıdır. Həkimlər xəstələrə bunu müstəsna olaraq, izah etməlidir. Bütün bunları aydınladırmaq lazımdır”.

M.Quliyev qeyd edib ki, dərmanların keyfiyyətinin və qiymətinin tənzimlənməsi məsələsi daim diqqətdə saxlanılmalıdır: “Tarif Şurası bu işlə ciddi şəkildə məşğul olur. Amma bəzi hallarda bizi narahat edən məsələlər var. Bizə müraciətlər daxil olur ki, bəzi dərman şirkətləri Çində istehsdal olunan dərmanları Avropaya göndərir, sonra onu Avropada qutuya yerləşdirib Azərbaycana Avropa dərmanı adı ilə gətirirlər. Buna görə də bəzi hallarda bizim həkimlərin təyin etdiyi dərmanlar o qədər effekt verilmir. Buna görə xəstələrimizə tövsiyə edilir ki, qonşu ölkələrdən dərman gətirsinlər. Bu, çox ciddi narahatçılıq doğuran faktdır. Tarif Şurası buna çox ciddi əncam çəkməldir. Bəlkə biz 400-500 adda dərmanı qiymətini tənzimləyə bilmədik. Qalanlarının qiymətini tənzimləyək”.

Cavad


Müəllif:

Oxşar xəbərlər