Qoç - Üsyan və qiyam günü deyil. Axınla hərəkət edin, mübhəm planlarınızı və yaxın gələcəklə bağlı davranış taktikanızı kimsəyə açıqlamayın.
Müstəqil, təkbaşına fəaliyyətdə fayda var. Yardım istəyənə kömək edin, amma minnətdarlıq gözləməyin. Çünki gözləntilərinizdə yanıla bilərsiniz.
Tanışlarınızın, iş yoldaşlarınızın davranış motivləri dəyişkən, emosiyaların təsiri altındadır. Söhbət və reaksiyalarda dəqiqlik, müəyyənliyə bel bağlamayın.
Lakin hər şeə rəğmən, eyni "dalğa"da olduğunuz insanla telepatik əlaqə təsiri bağışlayan ünsiyyət qura bilərsiniz.
Buğa - Bu gün konkret emosional situasiyada mühüm qərar verə bilərsiniz. İfrat dərəcədə humanist, insansevər olmaq gərək deyil, çünki belə davranışınız zəiflik və kollaborasionistlik kimi dəyərləndirilə bilər.
Yeni hədəflərə və məqsədlərə doğru irəliləyişinizə mane olan, sədlər yaradan əlaqələrdən, təmaslardan və ünsiyyət formatından imtina edin. Yaşamın sizi seçim qarşısında qoyduğu situasiyada müşahidəçi kimi davranmayın. Çünki rəqib və ya bədxahınız indi müəyyənliyə can atır.
Asılılıqdan qurtulmaq hissi keçirirsiniz. Maraq dairəsində dəyişikliklər etmək, effektiv çalışmaq, yaxın ətrafla qarşılıqlı təmasları intensivləşdirmək zamanıdır.
Sizin üçün seçim prosesini sürətləndirə biləcək insanla görüş istisna deyil.
Əkizlər - Emosiyalara uyaraq düşünülməmiş addımların atılması riski var. Aktiv olun, başladığınız işləri bitirin.
Gələcəklə bağlı şəriklə və ya tərəfdaşla ümumi plan varsa, onu müzakirə edin.
Romantik hisslər xəyalınızı zəbt etməsin.
Günün ikinci yarısı iş tempini bir qədər azaltmaq olar. Lakin bu, rahatlaşmaq anlamına gəlməməlidir.
Həllini tələb edən məsələ varsa, istirahəti mütləq şəkildə təxirə salın.
Axşam saatlarında internetdə çox vaxt keçirməyin.
Xərçəng - Dəyişikliklər və yeniliklər günüdür. Günün ilk yarısında fəaliyyətinizdə yeni mənanın təzahürü, əhvalınızın dəyişməsi, emosional durumuzunda fərqlərin yaranması istisna deyil.
İşlərin gedişatının emosiyaların təsiri altına düşməsinə imkan verməyin. Ümumi perspektivlərinizin olduğu insanlarla əlaqə saxlayın, yeni informasiya arayın, aldığınız məlumatları təhlil edin.
Alış-veriş üçün uğurlu gündür. Lakin bədxərcliyə qapılmayın.
Axşam saatlarında dəvət aldığınız məkana yollanın, əylənin, həmkar və ya dostlarla qeyri-formal şəraitdə görüşün.
Müsbət emosiyalar vaxtıdır.
Şir - Ünsiyyətdən həzz alın, imici dəyişin. Praktiki işlərlə romantik təmayüllər bu gün sıx uzlaşma və üzvi sintezdədir.
Alış-verişdə pul xərcləyəndə simiclik etməyin.
İş üçün gərəkli nəsnələr almaq, ailə üzvlərinin istəklərini yerinə yetirmək üçün uğurlu gündür.
Eşitdiklərinizi dəyərləndirin. Həmsöhbəti qıcıqlandıra biləcək kəlmələr söyləməyin.
Fəal olun, çalışın, görüşün, danışıqlar aparın, işin maraqları naminə həqiqətləri söyləyin.
Axşam saatları etiraflar zamanına çevrilə bilər.
Qız - Rahat gündür. Xoş təəssüratlar və effektiv nəticə verə biləcək işlər istisna deyil.
Tərəfdaş, işinizi bitirməyə və ya layihənizi reallaşdırmağa yoldaş tapa biləcəyiniz ortam arayın. Şəxsi münasibətlərdə diqqət nişanələri görəcəksiniz.
Gün ərzində yüksək məhsuldarlıqla çalışın, işləri bitkin halda görün. Az sonra yenilikləri reallaşdırmaq üçün əlverişli zəmin hazırlayın.
Səhhətinizə fikir verin. Aktiv olun, lal sükuta və yaşananların laqeyd müşahidəsinə qapılmayın.
Axşam saatlarında gəzintiyə çıxmaqda fayda var. Heç olmazsa, bir qədər piyada dolaşın, açıq havada oturun.
Tərəzi - Ağıllı və təmkinli davranılması gərəkən gündür. Həyatınızıa pozitiv məqamlar gətirəcək, əhvalınızı pozmayacaq xırdalıqlar və detallara fikir verin, onları qulaqardına vurmayın. Ünsiyyət, qəfil görüş, tanışlıq günüdür.
Gərginlik yaranarsa, təlaşa düşməyin, təmkinli və soyuqqanlı olun. Hadisələri izləyin, baş verənləri müşahidə edin. Aldadılmağınıza imkan verməyin.
Stressin öhdəsindən gəlmək və izafi enerjini məhsuldar məcraya yönəltmək üçün yollar arayın. Yarımçıq işlər silsiləsini dayandırın ki, sonradan çözümü çox çətin problemlərlə qarşılaşmayasınız.
Axşam saatlarında yaşam məkanınızda qayda yaradın. Sakit, rahat şəraitdə dincəlin.
Əqrəb - Harmoniya və təşəbbüslər günüdür. Yaradıcı yanaşılan istənilən işin nəticəsi yaxşı ola bilər.
Hisslərdəki xaos və emosiyalardakı qarışıqlıq sizi narahat etməsin. Sadəcə, diqqətli və eyni zamanda mütəhərrik olun. Toplantı və ya iclas zamanı istəklərinizlə yanaşı, ideya və təkliflərinizi də səsləndirin.
Ümumi işin xeyrinə olan məsələlərdə impulsiv davranmayın, təzyiqlərə sinə gərin və sizi "ram" etməyə çalışan insana onun səylərinin mənasız olduğunu göstərin.
Allahdan savayı kimsədən qorxmayın. Ola bilər ki, məhz indi layihənizi və ya işinizi keyfiyyətcə yeni səviyyəyə qaldıra biləcək olay baş versin.
Şəxsi münasibətlərdə barışıq əldə etmək, gələcəklə bağlı planları müzakirə etmək üçün yaxşı vaxtdır.
Axşam saatlarında dostlarla görüşdə əylənin, dincəlin.
Oxatan - Maraqlı, amma qarışıq gündür. Günün ilk yarısında planlarınızı reallaşdırmaqla məşğul olun. Yeni tanışlıqlar, maraqlı söhbət mümkündür.
Cazibədar təklif eşidə bilərsiniz.
Ümumi məsələləri və mühüm planları yaxın adamlarla müzakirə edə bilərsiniz. Praktiki əhəmiyyət kəsb edən ideyalar və fikirlərə diqqətlə yanaşın.
Özünüzü əmin hiss etmək üçün olduğunuz məkanda daha çox nizama və qaydaya ehtiyac var.
Hər şeyi yerbəyer etmək, kiçik təmirə başlamaq üçün vaxt tapın.
Alış-veriş üçün əlverişli zaman deyil.
Oğlaq - Mərhələlər günüdür. İstirahətlə aktiv işi sıralayın. Sizə maraqlı olan insanlarla təmaslarda səmimi, çevik olun, qarşınıza konkret məqsəd qoyaraq hədəfə çatmağa can atmayın.
Önəmli və maraqlı olayı nəzərdən qaçırmamaq üçün hadisələrin mərkəzində olun.
Yaxın ətrafınızdakı insanlar, dostlar xəbərlər, faydalı məlumat mənbəyi olmaqla yanaşı, təxirə salınmış planlar və niyyətlər barədə xəbərdarlıq edəcəklər.
İndiyədək mübhəm və qapalı qalan bir sıra məqamların pərdəarxası anlamları, kulis mənaları üzə çıxır. Problemlərin orijinal həllini intuitiv olaraq tapacaqsınız, tələblərinizi qismən də olsa, təmin edəcəksiniz.
Şərtlərlə hadisələrin axarı yaşamınıza gərəkli dəstəklə yardımı cəlb edəcək.
Dolça - Xoş və rahat gündür. Faydalı işlərlə razılıq və maraq hisslərini uyğunlaşdırmağa çalışın.
Günün ilk yarısında aktiv olun, əsas işlərə başlayaraq onların əksər hissəsini başa vurun.
Ünsiyyətdə sərt və inadkar olmayın.
Müstəqil olmaq üçün radikal addımlar atmayın. Sizə qarşı aqressiv davranmağa meylli insanla bundan sonra da dostyana davranmağın heç bir mənası qalmayıb.
Axşam saatları istirahət və romantika zamanıdır.
Balıqlar - Güclü hisslər və anlamlı təəssüratlara olan tələbatınızı təmin edə bilərsiniz. Yeni davranış xəttini müəyyənləşdirə biləcək münasibətlərdə yeni təfərrüatlar peyda olacaq.
Yaxın ətrafınızdakı insanlardan birini tərəfinizə çəkmək, mövqeyinizdən hali etmək üçün qətiyyətli və səmimi olun.
Önəm verdiyiniz insanlarda davranış zamanı laqeydlik və soyuqluq nümayiş etdirməyin. Görüşlər, aktiv yazışmalar, yeni informasiya düzgün orientirlər seçməyə imkan verəcək.