18 Aprel 2017 18:40
1 558
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un “Üçü birində” rubrikasının növbəti qonağı məşhur teleaparıcı Xoşqədəm Hidayətqızıdır.

- Ən son oxuduğunuz kitab?

- Türkiyəli yazar Əlif Şəfəqin son romanını - “Həvvanın üç qızı”nı oxumağa başlamışam. Kitab oxumağa vaxtım olmur. Həftənin beş günü canlı efir və həftə sonu “Səni axtarıram” verilişi yayımlanır. Yalnız şənbə günü boş vaxtım olur, heç onda da uşaqlarla vaxt keçirə bilmirəm, çəkilişlərdə oluram.

- Son izlədiyiniz film?

- Yalan danışa bilmərəm, düzü, film izləməyə vaxtım yoxdur.

- Sevərək dinlədiyiniz musiqi?

- Sonuncu dəfə həyat yoldaşım Doğuşun yeni klipi - “Yara-bere”ni izləmişəm. Hətta klipin mahnı seçimində də iştirak etmişəm.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər