18 Aprel 2017 22:41
585
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məhsulun üzərinə əlavə etiket yapışdırılır və bu üsulla son istifadə tarixi dəyişdirilir

Mağazadan şirniyyat alan paytaxt sakini xoşagəlməz hadisə ilə üzləşib. Məlum olub ki, məhsulun üzərinə əlavə etiket yapışdırılıb və bu üsulla son istifadə tarixi dəyişdirilib.

Teleqraf.com “Xəzər xəbər”ə istinadən xəbər verir ki, məhsulun son istifadə tarixi 17 aprel 2017-ci il göstərilib. Ancaq həmin etiketi qopardanda son istifadə tarixinin 14 aprel olduğu görünür.

Görüntüləri Bakının Sabunçu rayonunda yaşayan sakinlərdən biri 2 gün əvvəl mağazadan şirniyyat aldıqdan sonra çəkib. Şirniyyatı yedikdə dadının xoşagəlməz olduğunu görən paytaxt sakini köhnə olduğundan şübhələnib. Məhsulun son istifadə tarixinə baxmaq onu qane etməyib. Kağızı qoparanda gözlərinə inanmayıb. Məlum olub ki, şirniyyatın istifadə müddəti aprelin 14-də bitib. Lakin onun üzərinə son istifadə tarixi 17 aprel yazılmış başqa bir etiket yapışdırılıb.

Məsələ ilə bağlı İqtisadiyyat Nazirliyindən bildirilib ki, istehlakçılar qarşılaşdıqları belə xoşagəlməz hallarla bağlı nazirliyin 195-2 çağrı mərkəzinə və Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət etsinlər. Müraciət araşdırılacaq və fakt təsdiqini taparsa, qayda pozanlar cəzalandırılacaq. Sözügedən şirniyyatın üzərindəki son istifadə tarixini dəyişənləri isə, fiziki şəxs olduqda 1500 manatdan 2 min manatadək, hüquq şəxs olduqda isə 4 min manatdan 5 min manatadək cərimə gözləyir.


Müəllif:

Oxşar xəbərlər