Bu sözləri Teleqraf.com-a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi Aparatı bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov deyib.
Onun sözlərinə görə, havaların əlverişli keçməsi ilə əlaqədar gözləntilər müsbətdir:
“Çəyirdəkli meyvələr, tərəvəz məhsulları, payızlıq taxıl, pambıq əkinləri üçün də havalar hələlik əlverişlidir. Bol məhsul toplaya bilərik. Amma sonradan quraqlıq, yaxud başqa təbii hadisə baş versə, birbaşa məhsuldarlığa təsir edə bilər. Proqnoza görə, elə bir sıxıntı yoxdur.
Məhsul istehsalçıları texnikalardan, gübrələrdən 70 faiz güzəştlə istifadə edə bilər. Ümumiyyətlə, bütün aqrotexniki tələblərə əməl etməklə yüksək məhsuldarlığa nail olmaq mümkündür”.
İmran Cümşüdov qeyd edib ki, ölkədə pambıq əkinini bir neçə kənd təsərrüfatı şirkərti həyata keçirir:
“Toxumlar Türkiyədən, Yunanıstandan, Almaniyadan gətirilib, sınaqdan keçirilib. Çox məhsuladr toxumlardır, cücərmə faizi yüksəkdir. Bu il 136 min hektar sahədə pambıq əkini nəzərdə tutmuşuq. Təxminən 110 min hektara yaxın sahədə pambıq toxumunun səpini başa çatıb. Qalan ərazilərdə də səpin prosesi davam etdirilir. Qarşımıza qoyulan hədəfə nail olmaq üçün lazımı tədbirləri həyata keçiririk. Bizə gələn məlumata görə, əkin sahələrində ilkin kultivasiya və seyrəltmə aparılıb. Məhsulun normal çıxışı alınıb”.
Şöbə müdiri əlavə edib ki, bəzi sahibkarlar əkdikləri pambıq gözləntiləri doğrultmayıb:
“Bu, birbaşa düzgün əkinin aparılmaması ilə əlaqədardır. Pambıq əkini üçün torpağın tempraturu 14-16 dərəcə olmalıdır. Tempratur uyğun olmasa, fermerlər ziyan çəkə bilər”.
Şəfiqə Nazimqızı