Teleqraf.com xəbər, bunu Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov deyib.
Onun sözlərinə görə, diaqnosik qiymətləndirmə zamanı zəif nəticə göstərən müəllimlərin bir qismi təlimlərə cəlb ediləcək: “Nəticələrin yaxşılaşdırılması üçün şans veriləcək. Bununla yanaşı qiymətləndirmədə kifayət qədər zəif nəticə göstərən müəllimlər var ki, onlar məktəblərdən ixtisar olunacaq. Çünki başqa yol görünmür”. Cəsarət Valehovqeyd edib ki, istəyirik ki, təhsil mühiti yüksək bilikli, savadlı, bacarıqlı müəllimlər işlə təmin olunsun.