30 May 2017 00:25
266

Məhəmməd Əmin Rəsulzadənin İosif Stalinin ölümündən sonra onunla bağlı bütün xatirələrini əks etdirən kitab yenidən nəşr olunub.

Teleqraf.com xəbər verir ki, kitab M.Ə.Rəsulzadənin Stalin və stalinizm haqqında 1954-cü ildə Türkiyədə çap etdirdiyi seriya məqalələrdən ibarətdir. Burada Rəsulzadə XX əsrin əvvəllərində çarizmlə mübarizə gedişində Stalinlə bağlı hadisələri xatırlayır, bilavasitə iştirakçısı olduğu hadisələr fonunda Stalinin siyasi portretini yaradır, bu proseslərin xarakterini açır.

Kitabda Azərbaycan Xalq Cumhuriyyətinin süqutundan sonra Rəsulzadənin başına gələn sərgüzəştlər, Stalinlə məşhur görüşü incələnir. Azərbaycan tarixi və ictimai fikri üçün son dərəcə maraqlı olan bir sıra mətləblər açılır.

Kitab Azərbaycan tarixinin çox əhəmiyyətli dövrü və M.Ə.Rəsulzadənin şəxsiyyəti, eləcə də stalinizmin anatomiyası ilə maraqlananlar üçün nəzərdə tutulub.

“Bir türk milliyyətçisinin Stalinlə ixtilal xatirələri” kitabı Turkkitab.Az seriyası ilə Türkiyədə ən yüksək keyfiyyətdə, Azərbaycan Xalq Cümhuriyyətinin 99-cu ildönümünə töhfə olaraq çap olunub.

Səxavət


Müəllif: Teleqraf.com
Загрузка...