Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında 2016-cı il dövlət büdcəsinin icrası haqqında qanun layihəsinin müzakirəsi zamanı bildirib.
S.Novruzov deyib ki, ara-sıra nöqsanlar, hansısa bankların kreditləri verməsi ilə bağlı problemlər ola bilər:
“Amma bu kommersiya bankıdır. Vətəndaşlar kredit götürdüyü zaman imza atdıqları sənədləri diqqətli oxumalıdır. Problem olduqda isə məhkəməyə müraciət etməlidir. Həm də vətəndaşlar kredit götürəndə onu qaytarmağı da düşünməlidirlər. Evi, maşını və digər əşyaları girov qoyub sonradan çox böyük problem yaşamağa ehtiyac yoxdur”.
Hazırda Azərbaycanda böyük tədbirlər keçirilildiyini vurğulayan S.Novruzov ölkədə yeni tikinti layihələrinə başlandığını da diqqətə çatdırıb: “Ötən gün Azərbaycanın I vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə qaçqın və məcburi köçkünlər üçün Qaradağ rayonunda, eləcə də Nərimanov rayonunda 20 binanın tikilməsi prosesinə başlanılıb. Bundan əlavə Nəsimi rayonunda böyük mikrarayon köçürülür. Bütün bunlar həm yeni iş yerlərinin açılması, həm də vətəndaşlarımızın güzəştli şəkildə mənzil sahibi olmasına imkan yaradacaq. Bu proses Nizami və digər rayonlarda da gedir. Tək Bakı şəhərində 300-ə yaxın binanın tikilməsi nəzərdə tutulur”.