2 İyun 2017 11:53
927
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp Tel-Əvivdəki ABŞ səfirliyinin Qüdsə köçürülməsi qərarından vaz keçib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Ağ Ev məlumat yayıb:

"Bu qərar Trampın İsrailə və ABŞ-İsrail ittifaqına qarşı addımı kimi qiymətləndirilməməlidir. Bununla Tramp İsrail ilə Fələstin arasındakı sülh razılaşmasının əldə edilməsi üçün şansı artırmaq niyyətindədir".

Trampın bu qərarı İsrail tərəfinin narazılığına səbəb olub. İsrail Baş naziri Benyamin Netanyahunun ofisindən verilən yazılı açıqlamada bu addımı təəssüflə qiymətləndiriblər.


Müəllif: Samir