18 İyul 2014 12:51
2 921
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda ilk dəfə sümük iliyin transpalantasiyası həyata keçirilib. Əməliyyat bu ilin may ayında Respublika Talassemiya Mərkəzində qohum donoirlardan götürülünən sümük iliyinin 3 xəstəyə köçürülməsi ilə icra edilib.

Teleqraf.com-un məlumatına görə, bu barədə keçirilən mətbuat konfransında Respublika Talassemiya Mərkəzinin direktoru Rauf Rzayev məlumat verib. Onun sözlərinə görə, bu mürəkkəb əməliyyat mərkəzin yerli mütəxəssisləri və Belarusiyadan gəlmiş həmkarların köməyi ilə baş tutub:

“Hazırda hər üç xəstənin vəziyyəti qənaətbəxşdir və evə buraxılmaq ərəfəsindədir. Bu ilin oktyabr ayında daha dörd xəstədə sümük iliyinin transplantasiyası əməliyyatının keçirilməsi planlaşdırılır. Sümük iliyi yalnız talassemiya xəstələrin aparılmır. Lakin bizdə həyata keçirilən əməliyyat talassemiyalı xəstələr üzərində keçirilib. Hər üç xəstənin donorları qardaş bacılarıdır. Əməliyyat 45 dəqiqə davam edib. 60 gün xəstənin sağalma ərəfəsidir, artıq əməliyyatdan 59 gün keçib. Xəstələrin vəziyyəti normaldır. Həmin xəstələr bir il həkim nəzarətində olmalıdır”.

Rauf Rzayev niyə məhz belarusiyalı mütəxəssislərin təcrübəsindənb yararlanmağa da aydınlıq gətirdi:
“Sümük iliyinin transplantasiyası dünyada 16 ölkədə aparılır. MDB dövlətləri içərisində isə bu sahə üzrə Belarusiya ixtisaslaşıb. Çünki 1986-cı ildə Çernobıl qəzası Belarusiyaya daha çox təsir etdi və leykoz xəstələrinin sayını artırdı. Buna görə də 1993-cü ildə Almaniya hökümətinin dəstəyi ilə Belarusiyada Sümük İliyinin transplantasiyası Mərkəzi yaradıldı və illərdir bu sahədə liderlik edir. Bundan başqa, Azərbaycanın Belarusiya ilə əməkdaşlıq sazişləri var. Ona görə də seçimimiz Belarusiya oldu”.

Naibə


Müəllif:

Oxşar xəbərlər