Bunu Teleqraf.com-a açıqlamasında Fövqəladə Hallar Nazirliyi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Xilasetmə və dalğıc işləri şöbəsinin müdiri Elsevər Həsənov deyib.
Şöbə müdirinin sözlərinə görə, xilasetmə avadanlıqları ilə təchiz olunmuş çimərliklərdə suda boğulmaq təhlükəsi ilə üzləşən 26 nəfərdən 19-u dənizdə boğulub: “6 nəfər su anbarında, 1 nəfəri isə çayda batıb. Xilasetmə avadanlıqları ilə təchiz olunmuş çimərliklərdə batma halı qeydə alınmayıb”.
Elsəvər Həsənov bildirib ki, suda boğulanların 90-95 faizi çimərlik mövsümi başlayan müddətdə boğulub: “Xəbərdarlıq edilməsinə baxmayaraq, qeyri-çimərlik ərazisində istirahət edənlər hələ də var”.