5 İyul 2017 23:20
822
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Malena Mard Bakıda diplomatik missiyasının başa çatması münasibəti ilə jurnalistlərlə vida mərasimi keçirib.

"Report" xəbər verir ki, M.Mard Bakıda keçirdiyi bu illərin onun üçün "fantastik təcrübə" olduğunu bildirib:

"Azərbaycan mənim qəlbimdə əbədi qalacaq. Bu ölkə mənim və ailəmin xatirində səxavətliliyi və qonaqpərvərliyi ilə qalacaq".

M.Mard qeyd edib ki, Aİ yaxın vaxtlarda Bakıda, həmçinin mədəniyyət sahəsində olmaqla bir sıra layihələr reallaşdırmağı planlaşdırır. O, eləcə də, Azərbaycan və Aİ arasında yeni sazişlə bağlı aparılan danışıqların əhəmiyyətini vurğulayıb.

M.Mard Aİ-nin Azərbaycandakı nümayəndəliyinə 2014-cü ildən rəhbərlik etməyə başlayıb. Onun davamçısının adını sonra məlum olacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər