17 İyul 2017 18:04
669
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxsi “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Qanunun tələblərinə əsasən “SGS Azeri LTD” MMC-nin inspeksiya orqanında inspeksiya nəzarəti həyata keçirib.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, daha əvvəl məlumat verildiyi kimi, inspeksiya nəzarəti nəticəsində “SGS Azeri LTD”-nin inspeksiya orqanının qumun, qırmadaşın, beton və beton qarışığının keyfiyyət göstəricilərinin təyini üzrə sınaq laboratoriyasının və neft, qaz və kimya məhsullarının sınaq laboratoriyasının akkreditasiya attestatlarının qüvvədə olma müddətinin 30.04.2017-ci il tarixinədək dayandırılması və aşkar edilmiş nöqsanların aradan qaldırılması barədə qərar qəbul edilib.

Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən “SGS Azeri LTD” MMC-nin sınaq laboratoriyaları AZS İSO/İEC 17025-2009 standartı, həmçinin müəssisənin inspeksiya orqanının AZS İSO/İEC 17020-2008 standartının tələblərinə uyğunluğu təkrar qiymətləndirilib.

Qiymətləndirmə zamanı aşkar edilmiş nöqsanlarla əlaqədar olaraq “SGS Azeri LTD” MMC-nin qumun, qırmadaşın, beton və beton qarışığının keyfiyyət göstəricilərinin təyini və neft, qaz və kimya məhsullarının sınaq laboratoriyalarının, həmçinin inspeksiya orqanının akkreditasiya attestatları ləğv edilib.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər