Bu sözləri Zaqatala rayon Mərkəzi Xəstəxanasının həkimi Şamil Xalbayev Teleqraf.com-a açıqlamasında deyib.
Onun sözlərinə görə, hadisə iyulun 15-də baş verib: “2001-ci il təvəllüdlü Məhəmməd Ramiz oğlu Məmmədov kəllənin sol gicgah və sağ baldır nahiyəsində dişlənmiş, cırılmış yara xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Məhəmməd kənd meşəsində ailəsinə məxsus qoyunları otaran zaman qəfildən canavarın hücumuna məruz qalıb. Ona quduzluq əleyhinə iynə vurulub, müşahidəyə götürmüşük. Vəziyyəti normaldır bir neçə gün xəstəxanada yatacaq.
Həkim qeyd edib ki, xəstənin və kənd sakinlərinin dediyinə görə, elə həmin gün başqa bir nəfər əsgəri də canavar dişləyibmiş: “Onu bizim xəstəxanaya gətirməyiblər.Deyilənlərə görə, Hərbi Hosbitala aparıblar”.
16 yaşlı Ramiz ağaca çıxmaqla canavarın əlindən qurtulduğunu bildirib.