24 İyul 2017 12:20
807
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qeysəriyyə kəsiyi əməliyyatı etdirənlərin əksəriyyəti təkrar bu əməliyyata girir.

Teleqraf.com xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Mamalıq və Ginekologiya İnstitutunun baş həkim əvəzi Hicran Kazımova deyib.

Onun sözlərinə görə, vaxtından əvvəl doğuşlar əsasən, yaşı 35-dən çox olan qadınlar arasında olur: "Belə doğuşlar üçün müraciət edənlər daha çox həkim müayinəsinə vaxtında müraciət etməyənlər, preeklampsiya diaqnozu qoyulanlardır".

Mama-ginekologiya şöbəsinin müdiri Kəmalə Heydərova deyib ki, institut təmir olunandan sonra 850 qram çəki ilə vaxtından əvvəl doğulan uşaq 1800 qrama çatdırılaraq evə buraxılıb: "Hazırda həm ana, həm də uşağın vəziyyəti normaldır. Bu xəstəxanaya daha ağır xəstələr müraciət etdiyindən və institut daha yüksək səviyyəli doğuşay ardım müəssisəsi olduğundan burada qeysəriyyə kəsiyi əməliyyatı göstəricisi çox olur. Ancaq institut olaraq, biz fizioloji doğuşa üstünlük veririk".


Müəllif: İlhamə

Oxşar xəbərlər