24 İyul 2017 20:06
480

Dünən Kür çayının, Bərdə rayonu, Əyricə kəndi ərazisindən keçən hissəsində batmış 15 yaşlı gəncin meyiti çıxarılıb.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, 2002-ci il təvəllüdlü Rövşən Elxan oğlu Göyüşovun meyiti nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.


Müəllif: Şəfiqə