27 İyul 2017 23:37
698
12 Punto 14 Punto 16 Punto 18 Punto

Toyuq dönərinin satışı 10 ildən çoxdur ki, qadağan edilib. Qadağaya baxmayaraq toyuq dönəri satanların sayı ildən-ilə artır.

Teleqraf.com "Xəzər xəbər"ə istinadən xəbər verir ki, dönər satanlar israrla bu iş üçün müvafiq qurumlardan icazələrinin olduğunu bildirirlər. Amma icazə ilə bağlı sənədi istəyəndə cavab tapmaqda çətinlik çəkirlər.

Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov deyir ki, toyuq dönərinin satışı 2006-cı ildən qadağan edilib.2015-ci ilə qədər mərkəz dönərxanaların fəaliyyətinə nəzarət edə bilirdi. Amma sahibkarlıq obyektlərində yoxlamalar dayandırıldığından işbazlar üçün əsl fürsət yaranıb.

Şöbə müdirinin sözlərinə görə isti havalarda məhz toyuq dönərindən qida zəhərlənməsi riski daha yüksəkdir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər