31 İyul 2017 13:24
706
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Müdafiə Sənayesi Nazirliyində (MSN) Azərbaycanda səfərdə olan İsrail Müdafiə Nazirliyinin müdafiə ixracı və müdafiə əməkdaşlığı üzrə şöbəsinin (SİBAT) müdiri Mişel Ben Baruhun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

MSN-dən Teleqraf.com-a verilən xəbərə görə, nümayəndə heyətinə nazirliyin fəaliyyəti barədə məlumatlar çatdırılıb.

Görüşdə Azərbaycan və İsrail arasında müdafiə sənayesi üzrə əməkdaşlığa və qarşılıqlı maraq doğuran digər məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.

İsrailin Azərbaycandakı səfiri Dan Stav da görüşdə iştirak edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər