Teleqraf.com Trend-ə istinadən məlumatına görə, 2010-cu ildə Azərbaycanda 165643 uşaq diri doğulub ki, onun da 137916-sı (bütün uşaqların 83,3 faizi) 15-29 yaşlı qadınlar tərəfindən dünyaya gətirilib.
2011-ci ildə 176072 uşağın 147262-si (83,6 faiz), 2012-ci ildə 174469 uşağın 144455-i (82,8 faiz), 2013-cü ildə 172671 uşağın 142586-sı (82,6 faiz), 2014-cü ildə 170503 uşağın 140600-ü (82,5 faiz), 2015-ci ildə 166210 uşağın 135943-ü (81,8 faiz), 2016-cı ildə 159464 uşağın 129409-u (81,2 faiz) 15-29 yaşlı qadınlar tərəfindən doğulub.
İllər üzrə müqayisə etdikdə ötən illər ərzində yaş tərkibinə görə 15-19 yaşlı, eləcə də 20-24 yaşlı qadınlar tərəfindən doğulan doğulan uşaqların sayı azalıb. Bu yaşda olan qadınlar tərəfindən dünyaya gətirilən uşaqların faiz göstəricisi diri doğulan uşaqların ümumi çəkisində azalıb.
Belə ki, 2010-cu ildə bütün diri doğulan uşaqların 12,7 faizi, başqa sözlə 21 035 uşaq 15-19 yaşlı qadınlar tərəfindən dünyaya gətirildiyi halda, 2015-ci ildə bu yaşda olan qadınlar tərəfindən doğulan uşaqların sayı 18 056 olmaqla, bütün uşaqların 10,9 faizini təşkil edib. 2016-cı ildə isə 15-19 yaşlı qadınlar tərəfindən 16 894 uşaq doğulub ki, bu da bütün uşaqların 10,6 faizini təşkil edib.
20-24 yaşlı qadınlara gəldikdə, onlar tərəfindən 2010-cu ildə 70530 uşaq doğulub ki, bu da bütün diri doğulan uşaqların 42,6 faizini təşkil edib. 2015-ci ildə 20-24 yaşlı qadınlar tərəfindən doğulan uşaqların sayı azalaraq 67807-ə enib ki, bu da bütün diri doğulan uşaqların 40,8-ni təşkil edib. 2016-cı ildə isə bu yaşda olan qadınlar tərəfindən 63779 uşaq doğulub ki, bu da bütün diri doğulan uşaqların 40 faizini təşkil edib.
25-29 yaşlı qadınlar tərəfindən də dünyaya gətirilən uşaqların sayı 2010-cu ildən 2013-cü ilədək olan müddətdə artsa da, 2013-cu ildən sonra onların sayı azalıb. Buna baxmayaraq, diri doğulan uşaqların ümumi çəkisində 25-29 yaşlı qadınlar tərəfindən dünyaya gətirilən uşaqların faizi üstünlük təşkil edib. Belə ki, 25-29 yaşlı qadınlar tərəfindən 2010-cu ildə 46 351 uşaq ( bütün diri doğulanların 28 faizini təşkil edib) doğulduğu halda, 2015-ci ildə 50 080 (bütün diri doğulan uşaqların 30,1 faizi), 2016-cı ildə 48 736 uşaq ( bütün diri doğulanların 30,6 faizi) dünyaya gətirilib.