Müdafiə Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Azərbaycan snayperləri ilə yanaşı Rusiya, Belarus, Çin, Qazaxıstan, Özbəkistan, Banqladeş və Monqolustan snayperləri də növbəti mərhələyə yüksəliblər.
Ermənistan, İran, Yunanıstan, Venesuela, Qırğızıstan, Zimbabve, Hindistan, Tailand və Cənubi Afrika Respublikasının snayperləri zəif nəticə göstərərək yarışları tərk ediblər.