8 Avqust 2017 13:40
723
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Bakı şəhəri Xəzər dənizinin sahilboyu zonasında reyd keçirib.

ETSN-dən Teleqraf.com-a verilən məlumata görə, reyd zamanı Xəzər dənizinin sahilboyu ərazisində fəaliyyət göstərən “Aquapark”, “121”, “Amay” istirahət mərkəzlərində, “Delfin” çimərliyində, “Fərdi” iaşə obyektində, “Cənub” kafesində bərk məişət tullantılarının qanunvericiliyə uyğun qaydada idarə olunmaması, tullantıların qalaqlanması və yandırılması, “Balıq evi” restoranında isə formalaşan tullantı sularının təmizlənmədən birbaşa dənizə axıdılması faktları aşkar edilib.

Qanun pozuntuları ilə bağlı obyekt sahibləri barəsində protokollar tərtib olunub.

İnzibati xəta törətdiklərinə görə təqsirkar şəxslər ümumilkdə 6150 manat məbləğində cərimə edilib və çatışmazlıqların aradan qaldırılması üçün onlara icrası məcburi olan müddətli “məcburi göstəriş”lər verilib.

Reydlər davam etdirilir.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər