Prezident İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyi (FHN) Gürcüstandakı meşə yanğınlarının söndürülməsinə kömək məqsədilə helikopter göndərib.
Teleqraf.com xəbər verir ki, bu barədə FHN-nin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.
Xəbərə görə, bu gün FHN-nin Aviasiya dəstəsinə məxsus helikopter qonşu ölkədəki meşə yanğınlarının söndürülməsində iştirak edəcək.