15 Sentyabr 2017 12:58
1 130
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinə qəbul olsa da, orda oxuya bilməyəcəyi bildirilən Elçin Məmmədov artıq dövlət sifarişli əsaslarla Azərbaycan Texniki Universitetinin Elektronika və radiotexniki telekommunikasiya mühəndisliyi ixtisasına yerləşdirilib.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat katibi Xanlar Xanlarzadə bildirib.

Onun sözlərinə görə, tələbə rus bölməsində təhsil alacaq.

Qeyd edək ki, abituriyent əvvəlcə Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin Nəqliyyat fakültəsinin Yol və nəqliyyat tikintisi ixtisasına dövlət sifarişli əsaslarla rus bölməsinə qəbul olsa da, qeydiyyatdan keçdikdən bir neçə gün sonra məlum olub ki, rus bölməsi üçün qrupun açılmasına yetərsay çatmır.

Məsələ ilə bağlı DİM-dən komissiya yaradılacağı və məsələnin müsbət həll olunmasına çalışacaqları bildirilmişdi.


Müəllif: Şəfiqə Nazimqızı

Oxşar xəbərlər