Təyyarədən düşər-düşməz Xəqani doktorun yanına qaçdım. Allah mənim bu əziyyəti çəkməyimə bais olan həkimə lənət etsin!
Teleqraf.com-un məlumatına görə, bu sözləri İnstaqramda teleaparıcı Xoşqədəm Hidayətqızı yazıb.
O, pis həkimlərin əlinə düşməsindən gileylənib: “Bir şey doğruymuş. Pisləri tanımasaq, yaxşıların qədrini bilmərik. Xəqani doktoru mənə 20 ildir Almaniyada yaşayan dostum məsləhət gördü. Bu üç günlük çəkilişdə onun sayəsində diş ağrımı, o ağır əməliyyatı unuda bildim.
Nə yaxşı ki, bu ölkədə sizin kimi pisləri unutduran peşəkarlar da var. Təşəkkürlər!”