18 Sentyabr 2017 15:50
626
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vergilər Nazirliyi "Turan" İnformasiya Agentliyinin (İA) bank hesablarını açıb.

Teleqraf.com xəbər verir ki, bu barədə "Turan" məlumat yayıb.

Bununla belə, agentliyə qarşı qaldırılmış cinayət işinə xitam verilib-verilmədiyi hələ dəqiq məlum deyil.

Xatırladaq ki, Vergilər Nazirliyinin Lokal Gəlirlər Departamenti bu ilin avqustunda “Turan” agentliyinə qarşı 37 min manat əlavə vergi hesablayıb və cinayət işi qaldırıb. Sentyabrın 12-də nazirlik qeyd olunan məbləğlə bağlı qərarını ləğv edib.

“Turan” agentliyinin avqustun 24-də həbs edilmiş direktoru Mehman Əliyev isə sentyabrın 11-də azadlığa buraxılıb


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər