Akif Əli sentyabrın 8-dən məzuniyyətdədir.
Teleqraf.com-a bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat veriblər:
"Akif Əli sentyabrın 8-dən məzuniyyətdədir. Onun səhhəti ilə bağlı və Türkiyəyə getməsi haqqında heç bir məlumatımız yoxdur".
Qeyd edək ki, moderator.az saytı Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əlinin səhhətində sağlıq problemi ilə bağlı Türkiyəyə, İstanbuldakı klinikaların birinə yollandığı barədə məlumat yayıb.