18 Sentyabr 2017 23:45
786
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsi əməkdaşlarının həyata keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində külli miqdarda psixotrop tərkibli dərman preparatlarının dəniz sərhədləri istiqamətində, İrandan Azərbaycana daşınmasının qarşısı alınıb.

DGK-dan Teleqraf.com-a verilən məlumata görə, Azərbaycan vətəndaşı Quliyev Rəsul Sabir oğlu hazırda şəxsiyyəti istintaq tərəfindən araşdırılan İran vətəndaşıyla cinayət əlaqəsinə girərək satış məqsədi ilə İrandan Azərbaycana keçirilərək Astara rayonu ərazisində 2 ədəd kisədə gizlədilmiş 2180 ədəd psixotrop tərkibli "Mydrax" dərman preparatlarını götürüb hadisə yerindən uzaqlaşmağa cəhd göstərərkən Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi və Dövlət Gömrük Komitəsi Xəzər dənizində Azərbaycan İqtisadi Mənafelərinin Mühafizəsi Gömrük İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Müəllif: İlhamə Əbülfət