20 Sentyabr 2017 15:45
1 246
12 Punto 14 Punto 16 Punto 18 Punto

10:40

Bu gün Azərbaycan Qılıncoynatma Federasiyasının Hesabat-Seçki Konfransı keçiriləcək.

Qurumun I vitse-prezidenti Yaşar Məmmədov Report-a bildirib ki, Milli Olimpiya Komitəsində baş tutacaq tədbir saat 15:00-da start götürəcək. Konfransda prezident postuna yeganə namizəd təhsil naziri Mikayıl Cabbarovun federasiyanın rəhbəri seçiləcəyi gözlənilir.

M.Cabbarov həm də Azərbaycan Badminton Federasiyasının prezidentidir.

Qeyd edək ki, bu, AQF-nin son bir ayda baş tutan ikinci hesabat-seçki konfransıdır. Avqustun 17-də keçirilmiş toplantıda Nazim İbrahimov yekdilliklə yenidən federasiya prezidenti seçilmişdi.

***

Milli Olimpiya Komitəsində (MOK) Azərbaycan Qılıncoynatma Federasiyasının (AQF) Növbədənkənar Hesabat-Seçki Konfransı keçirilib.

Tədbirə Prezident Aparatının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, gənclər və idman naziri Azad Rəhimov və MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə də qatılıb.

Yeganə namizəd, təhsil naziri Mikayıl Cabbarov yekdilliklə Federasiya prezidenti seçilib. O, yeni vəzifədə Diasporla İş üzrə Dövlər Komitəsinin sədri Nazim İbrahimovu əvəzləyib.

Qeyd edək ki, Mikayıl Cabbarov həm də Azərbaycan Badminton Federasiyasının prezidentidir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər