22 Sentyabr 2017 09:49
2 691
12 Punto 14 Punto 16 Punto 18 Punto

70-80 ildən bir Yer kürəsində iqlim dəyişir.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov deyib.

Onun sözlərinə görə, havalar gah isinir, gah da soyuyur:

“Axırıncı buzlaşmadan, yəni 1732-ci ildən sonra 1905-1907-ci ilə kimi havalar isinməyə başlamışdı. İndi də tədricən soyumağa doğru gedir. Təxminən 2030-cu ilə kimi havalar soyuyacaq və Azərbaycanın tən yarısı qədər ərazilərimiz buzlaşacaq. Bu, təbiətin qanunudur. Həmişə belə olub. Afrikada əvvəl necə yaşıllıq idi. İndi isə görürsüz necə səhralaşma gedir. Ömür boyu iqlim dəyişilir. Meliorasiya inkişaf etdikcə, əhalinin sayı artıqca, əhali yaxşı yaşadıqca tullantıların miqdarı çoxalır. Okeanlar, dənizlər çirkləndirilib. Özünü təmizlənmək üçün də qasırğalar tufanlar olur”.

Telman Zeynalov əlavə edib ki, ərazilərimizi, təbiəti çirklənmədən mühafizə etsək, təbiətin şıltaqlıqlarını az görərik:

“1945-ci ildən 1960-cı ilə qədər Azərbaycanda qışda havalar sərin, soyuq keçmişdi. May ayında qar əriyəndə buzlaqlar əriyib çəkiləndə 20-25 meyit tapılırdı. Hamısı da ruslar idi. Hansı ki ezamiyyətə gəlmişdirlər. İçib yerlərində yatıblar, buz üstlərini örtüb. Yəni bu hadisə olub. Biz Bakının, Abşeronun küləklərinə vərdiş etmişik deyə, həmin soyuqlara dözə biləcəyik. Amma ruslar öyrəşməyib deyə, dözə bilməyəcəklər”.


Müəllif: Şəfiqə Nazimqızı

Oxşar xəbərlər