Alternativ teleqüllə “Gənclik” metrosu yaxınlığındakı ərazidə tikilir.
Bu sözləri Teleqraf.com-a açıqlmasında Radio Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyinin direktoru Mikayıl Abbasov deyib.
Onun sözlərinə görə, həmin ərazidə əvvəllər radiostansiya vardı və radio yayımlanırdı:
“Hazırda alternativ teleqüllənin tikilişi üçün işlər başlanılıb və davam edir. Bu ilin sonuna gələn ilin əvvəlinə bitməsi planlaşdırılır. Məqsəd ondan ibarətdir ki, əsas teleqüllədə praflaktik işlər gedərkən yayım alternativ teleqüllədən davam etdirilsin. İşlər yekunlaşandan sonra mətbuata əlavə məlumat veriləcək”.
Qeyd edək ki, yeni alternativ teleqüllənin inşası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin qərarına uyğun olaraq həyata keçirilir.