16 Noyabr 2017 10:59
605
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Milli Məclisdə “Beynəlxalq cinayətlərin qarşısının alınması və onları törədən şəxslərin cəzalandırılması haqqında” qanun layihəsinin təbliği məqsədilə “Beynəlxalq cinayətlərin qarşısının alınması və cəzalandırılması sistemi: milli qanunvericilik və beynəlxalq hüquq” mövzusunda yekun müzakirələr keçirilib.

Teleqraf.com-un məlumatına görə, qanun layihəsindən danışan Milli Məclisin vitse-spikeri Bahar Muradova bildirib ki, layihənin hazırlanmasında məqsəd nəinki Azərbaycana qarşı, eyni zamanda, bütün dünyada cinayət törədənlərə qarşı qanunun bütün gücündən istifadə etmək, beynəlxalq prinsiplərin tətbiq edilməsinə dəstək vermək və beynəlxalq cinayətlərin qarşısının alınmasına töhfə verməkdir.

B.Muradova qeyd edib ki, qanun layihəsinin ötən müzakirələri zamanı irəli sürülən təkliflər dəyərləndirilib və nəzərə alınıb: “Biz artıq məsələnin yekunlaşmasına doğru səmərəli iş görmüşük. İlk gündən Milli Məclisin sədri Oqtay Əsədov bu məsələyə ciddi dəstək verib. Biz cəmiyyətdən gələn belə bir təşəbbüsü alqışlayırıq”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər