Almaniyanın Bonn şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 23-cü Tərəflər Konfransı dünyanın 196 ölkəsindən 20 minə yaxın nümayəndənin iştirakı ilə öz işinə başlayıb.
Prezident İlham Əliyevin tapırığına əsasən konfransda Azərbaycanı Ekologiya və Təbii Sərvətlər naziri Hüseyn Bağırovun başçılq etdiyi nümayəndə heyəti təmsil edir.
Noyabrın 13-də konfransın açılış mərasimində BMT-nin Baş katibi Antonio Quterreş, Ficinin Baş naziri Frank Bainimarama və digər yüksək səviyyəli nümayəndələr iştirak edib.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 23-cü Tərəflər Konfransı 17 noyabr 2017-ci il tarixinədək davam edəcək.