17 Noyabr 2017 09:29
865
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Saray dərgisi”nin baş redaktoru və yazıçı xanım Müjqan Siyami 27 gün saxlandıqdan sonra azadlığa buraxılıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, rejimin təhlükəsizlik qüvvələri oktyabrın 22-də Siyaminin yaşadığı evə gələrək, axtarış apardıqdan sonra onu saxlayıblar.

Siyaminin yaxınlarının verdiyi məlumata görə, o, noyabrın 16-da mülki vəsiqə qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb.

Mədəni fəalın müvəqqəti saxlanma təcridxanasında saxlandığı müddətdə onun vəkili və ailə üzvləri məhkəmə və təhlükəsizlik orqanlarına müraciət edərək, fəalın hansı səbəbdən saxlandığı və ittihamı barədə məlumat almağa çalışıblar, lakin bu barədə onlara cavab verilməyib.


Müəllif: Samir

Oxşar xəbərlər