22 Noyabr 2017 00:16
524
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xətai rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq.

Azəriqaz İB-nin ictimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a bildirilib ki, Xətai rayonunun Nəcəfqulu Rəfiyev küçəsində 2 ədəd qaz tənzimləyicinin quraşdırılması ilə əlaqədar noyabrın 22-də saat 10:00-dan işlər yekunlaşanadək rayonun Babək prospekti, Y.Səfərov və Əbilov küçələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Görülən təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək, yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər