Bakı mağazalarının birində yuyulmuş, köhnə mallar satılır.
Teleqraf.com xəbər verir ki, bu sözləri Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib.
Onun sözlərinə görə, Bakı sakini K.Əhmədov (istehlakçı adının və telefonunun verilməməsini xahiş edib) birliyə ərizə ilə müraciət edərək 5 noyabr tarixdə Xətai rayonu M.Hadi küçəsi 55 ünvanda yerləşən "Outlet" dükanından 88 manata 2 gödəkçə aldığını, lakin evə aparıb diqqətlə baxdıqda gödəkcələrin geyilmiş, köhnə mal olduğunu görüb.
O, bir gün sonra satıcıya iradını bildirib malı geri qaytarmaq istəsə də, mağaza onu geri götürməkdən imtina edib. Satıcı gödəkçələrin köhnə olduğunu və özləri tərəfindən yuyulub satışa çıxarıldığını isə etiraf edib.
AİB məsələ ilə bağlı İqtisadiyyat Nazirliyi Antiinhisar siyasəti və istehlakçıların hüquqlarının müdafiəsi xidmətinə rəsmi müraciət ünvanlayıb.
Sədr qeyd edib ki, istehlakçılar diqqətli olsun: “Sizi hər yerdə aldatmağa cəhd göstərirlər”.