Rusiya Federal Şurasının Dağıstandan olan üzvü Süleyman Kərimov azad edilib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, məhkəmənin qərarı ilə 5 milyon avro cərimə olunub.
Cərimə ödənilənə qədər Kərimov Fransanı tərk edə bilməz.
Qeyd edək ki, Dağıstan əsilli Süleyman Kərimovun əvvəlcə diplomatik pasportsuz Fransaya səyahət etdiyi üçün saxlanıldığı bildirilmişdi. Ancaq məhkəmə ona qarşı vergidən yayınma maddəsi ilə ittiham irəli sürüb.