İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri və səlahiyyətli şəxsi Elşad Həmidov Elçin Behbudovun həyat yoldaşı Elmira Behbudovaya qarşı qaldırdığı iddia ərizəsi araşdırılıb.
Teleqraf.com xəbər verir ki, Elşad Həmidov Yasamal rayon Məhkəməsinə ünvanladığı şikayət ərazisənidə Elmira Behbudova tərəfindən şərəf və ləyaqətinin təhqir olunması, şər və böhtan xarakterli məlumatların yayılması ilə bağlı iddia qaldırıb.
Yasamal rayon Məhkəməsi Elşad Həmidovun qaldırdığı iddianı təmin edib.
Bu qərardan narazı qalan Elmira Behbudova Bakı Apelyasiya Məhkəməsinə müraciət etsə də, onun şikayəti təmin edilməyib.
Elmira Behbudova Ali Məhkəməyə müraciət edib. Ali Məhkəmədə hakim İlqar Xələfovun sədrliyi ilə baş tutan prosesdə Elmira Behbudovanın kasasiya şikayəti araşdırılıb və təmin edilməyib.
İşgəncələrə Qarşı Azərbaycan Komitəsindən bildiriblər ki, Ali Məhkəmə komitənin sədri və səlahiyyətli şəxsi Elşad Həmidovun bütün instansiyalarda təmin olunmuş iddiasını təsdiq edib.