Dünən gecədən etibarən bəzi rayonlara qar yağıb. Şimal bölgəsində qarın hündürlüuyü 30 sm-ə yaxınlaşıb. Dağlıq ərazilərdə temperatur mənfi 8 dərəcəyə kimi enib. Yolların buz bağlama ehtimalı ilə bağlı sürücülərə tövsiyyələr olunub.
Teleqraf.com bildirir ki, gecə saatlarından yağan qar ətrafı ağ örpəyə bürüyüb. Şamaxıda qar ən çox dağ kəndlərinə yağıb.
Rayonun Dəmirçi, Qızmeydan, Pirbəhli və Zarat Xeybəri kəndlərinə gedən yollar qardan təmizlənib. Texnikalar səhər saatlarından işə cəlb olunublar.
Bakı-Şamaxı-Yevlax, Muğanlı-İsmayıllı maqistral yolu işlək vəziyyətdədir. Yolun axşam saatlarında buz bağlama ehtimalı var. Bu səbəbdən sürücülərə sözü gedən yoldan mümkün qədər az istfadə etmələri tövsiyyə olunur.
Şimal-Qərb bölgəsində temperatur 4-6 dərəcə aşağı enib. Yagan qarın qalınlığı Qax rayonunun Sarıbaş kəndinə 20 sm, Şəkinin Kiş kəndinə isə 17 sm olub.
Şimal bölgəsində ən çox yağıntı Qubanın Xınalıq kəndinə düşüb. Burada qarın hündürlüyü 28 sm-ə çatıb. Dağlıq ərazilərdə temperatur mənfi 8 dərəcəyə kimi enib. (xezerxeber.az)