Tovuz Gömrük İdarəsinə daxil olan məlumat əsasında, "Sadıxlı" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının avtomobilinə baxış keçirilib.
Dövlət Gömrük Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, həmin nəqliyyat vasitəsinin yanacaq çənində, xüsusi düzəldilmiş yerdə 865 ədəd yanıcı maddə olan torpil, 8 ədəd fişəng və 100 qutu pirotexniki vasitə aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.