17 Dekabr 2017 21:04
732
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan vəzifə qrupları üzrə dövlət qulluğuna qəbul üçün keçirilən test imtahanının nəticələri elan olunub.

Teleqraf.com xəbər verir ki, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 17 dekabr 2017-ci il tarixində dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilib.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 3040 namizəddən 39 nəfəri imtahana gəlməyib.

İmtahan nəticələri saat 17:50-dən etibarən DİM-in saytında yerləşdirilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər