21 Dekabr 2017 00:34
627
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu il Azərbaycanla İndoneziya arasında xüsusilə iqtisadi və mədəniyyət sahələrində əlaqələr 2015-16-cı illərlə müqayisədə daha da inkişaf edib.

Teleqraf.com xəbər verir ki, bu sözləri İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan Bey Fanani deyib.
Onun sözlərinə görə, idxal və ixracatdakı statistik rəqəmlər bu inkişafın göstəricisidir: “Ölkələrimiz arasında ticarət dövriyyəsi 2015-2016-cı illərdə 19 milyon dollar idisə, cari ildə bu rəqəm 46 milyon dollara yüksəlib”.

Diplomat gələn il İndoneziyanın Azərbaycanda xüsusilə təhsil sahəsində əlaqələri genişləndirməyə çalışacağını qeyd edib: “2018-ci ildə Cakartada Azərbaycan Dili Mərkəzi fəaliyyətə başlayacaq. Gələn ilin sentyabr-oktyabr aylarında Azərbaycanda İndoneziya mədəniyyət günlərinin keçirilməsi planlaşdırılır. Bundan əlavə qarşılıqlı səfərlər, iş adamları arasında əməkdaşlıq, təqaüd proqramlarının həyata keçirilməsinə çalışacağıq”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər