Nazirlər Kabineti “Baza maliyyələşdirilməsinin subyektləri olan elmi müəssisə və təşkilatların Siyahısı”nı təsdiqləyib.
Dövlət elmi müəssisə və təşkilatlarının baza maliyyələşdirilməsi Azərbaycan Respublikasının dövlət büdcəsində aidiyyəti dövlət qurumları üçün nəzərdə tutulmuş vəsaitlər, habelə qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına həyata keçirilir. Baza maliyyələşdirilməsinin subyektləri olan elmi müəssisə və təşkilatların siyahısına Azərbaycan Milli Elmlər Akademiyası üzrə Fizika İnstitutu, Riyaziyyat və Mexanika İnstitutu, İdarəetmə Sistemləri İnstitutu, Radiasiya Problemləri İnstitutu, İnformasiya Texnologiyaları İnstitutu, Biofizika İnstitutu, N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, Akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu, Akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu, Polimer Materialları İnstitutu, Akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutu, Geologiya və Geofizika İnstitutu, Neft və Qaz İnstitutu, Akademik H.Əliyev adına Coğrafiya İnstitutu, Respublika Seysmoloji Xidmət Mərkəzi, Təbiət Tarixi Muzeyi, Botanika İnstitutu, Zoologiya İnstitutu, Akademik A.Qarayev adına Fiziologiya İnstitutu, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu, Mikrobiologiya İnstitutu, Dendrologiya İnstitutu, Mərkəzi Nəbatat Bağı, Torpaqşünaslıq və Aqrokimya İnstitutu, Genetik Ehtiyatlar İnstitutu, N.Gəncəvi adına Ədəbiyyat İnstitutu, Nəsimi adına Dilçilik İnstitutu, Folklor İnstitutu, Memarlıq və İncəsənət İnstitutu, M.Füzuli adına Əlyazmalar İnstitutu, A.Bakıxanov adına Tarix İnstitutu, Arxeologiya və Etnoqrafiya İnstitutu, Fəlsəfə İnstitutu, Hüquq və İnsan Haqları İnstitutu, İqtisadiyyat İnstitutu, Akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu, Milli Azərbaycan Tarixi Muzeyi, N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, Elm Tarixi İnstitutu, Qafqazşünaslıq İnstitutu, Hüseyn Cavidin Ev Muzeyi, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, Lənkəran Regional Elmi Mərkəzi, Şəki Regional Elmi Mərkəzi, Mərkəzi Elmi Kitabxana, “Elm” Nəşriyyatı, Naxçıvan bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu, İncəsənət, Dil və Ədəbiyyat İnstitutu, Təbii Ehtiyatlar İnstitutu, Bioresurslar İnstitutu, Batabat Astrofizika Rəsədxanası, Əlyazmalar Fondu, Gəncə bölməsinin Humanitar Tədqiqatlar İnstitutu, Diyarşünaslıq İnstitutu, Nizami Gəncəvi Mərkəzi, Bioresurslar İnstitutu, Ekologiya və Təbii Ehtiyatlar İnstitutu, Aqrar Problemlər İnstitutu və Nəbatat Bağı daxil edilib.
Siyahıda Təhsil Nazirliyi üzrə Azərbaycan Respublikasının Təhsil İnstitutu, Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutu, Bakı Dövlət Universitetinin Fizika Problemləri Elmi-Tədqiqat İnstitutu, Azərbaycan Neft və Sənaye Universitetinin “Neftin, qazın geotexnoloji problemləri və kimya” Elmi-Tədqiqat İnstitutu, Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutu, Təhsil Nazirliyinin nəzdində “Təhsil sisteminin inkişafı və proqnozlaşdırılması problemləri üzrə” Elmi-Tədqiqat Laboratoriyası, Səhiyyə Nazirliyi üzrə Milli Onkologiya Mərkəzi, Akademik Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzi, .Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu, M.Topçubaşov adına Cərrahiyyə Mərkəzi, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu, Elmi-Tədqiqat Mamalıq-Ginekologiya İnstitutu, Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu, V.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu, B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu, Elmi-Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutu, Ə.Əliyev adına Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, Kənd Təsərrüfatı Nazirliyi üzrə Əkinçilik Elmi-Tədqiqat İnstitutu, Baytarlıq Elmi-Tədqiqat İnstitutu, Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu, Kənd Təsərrüfatının İqtisadiyyatı Elmi-Tədqiqat İnstitutu, Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu, Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu, Ekologiya və Təbii Sərvətlər Nazirliyi üzrə Mineral Xammal Elmi-Tədqiqat İnstitutu, Hidrometeorologiya Elmi-Tədqiqat İnstitutu, Elmi-Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutu, Elmi-Tədqiqat Meşəçilik İnstitutu, Müdafiə Sənayesi Nazirliyi üzrə Milli Aerokosmik Agentliyi (MAKA), Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi üzrə Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzi, İqtisadiyyat Nazirliyi üzrə İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutu, Ədliyyə Nazirliyi üzrə Məhkəmə Ekspertiza Mərkəzi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzi, Maliyyə Nazirliyi üzrə Maliyyə Elm-Tədris Mərkəzi, Mədəniyyət və Turizm Nazirliyi üzrə Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz, Dövlət Statistika Komitəsi üzrə Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzi yer alıb./APA/