26 Dekabr 2017 08:43
1 645
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan markası adı altında kərə və duru yağlar istehsal olunur.

Bu sözləri Teleqraf.com-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.

Onun sözlərinə görə, çox vaxt yerli şirkətlərin istehsal etdiyi yağın xammalı xaricdən gətirilir: “Xaricdən alınan böyük həcmli yağın ölkədə yalnız qablaşdırması həyata keçirilir, daha sonra bazara çıxarılır. Yəni istehsalın əsas həcmini məhz xaricdən gətirilən və burada qablaşdırılan yağlar tutur.

Təbii ki, onların qiymətində dəyişiklik olmalıdır. Çünki xammal xaricdən gəlirsə, gömrükdə əlavə dəyər vergisi azaldırılırsa, deməli, bu, yerli istehsala da təsir etməlidir. Bir müddət sonra yerli istehsalçıların qablaşdırdığı yağların qiymətində də cüzi dəyişikliklər olmalıdır.

Gömrük rüsumunun azaldılması ilə bağlı xəbərlər yayılanda demişdik ki, qiymətlər 50 qəpik-1 manat civarında enəcək. Amma daha ciddi enmə gözləmək olmaz.

Qiymətin enməsi xaricdən gətirilib ölkədə qablaşdırılan yağların həcminə də təsir edəcək. O mənada ki, daha çox xammal sifariş verib, gətirilə və istehsal edilə bilər. Sırf yerli xammal hesabına yağ istehsalı ancaq kustar üsullarla olur, məsələn, nehrə və başqa yağlar kimi. Onları da daha çox kiçik həcmlərdə kənd təsərrüfatı bazarlarında görmək olar. Bu yağların istehsalında və qiymətində dəyişiklik olması demək olar ki, gözlənilmir. Çünki istehsal kifayət qədər azdır”.

Qeyd edək ki, paytaxtın iri ticarət mərkəzlərində Yeni Zelandiya istehsalı olan "Golden Grown” markalı kərə yağı 80 qəpik ucuzlaşaraq, 17.10 AZN-dən 16.30-a düşüb. "Westgold” kərə yağının qiymətində də endirim qeydə alınıb. Bu kərə yağının bir kiloqramı 70 qəpiyədək ucuzlaşıb. Hazırda yağın qiyməti 16.80 manatdır.


Müəllif: Şəfiqə Nazimqızı

Oxşar xəbərlər