Azərbaycan Rusiyadan quş ətinin idxalını dayandırmayacaq.
Bu sözləri Teleqraf.com-a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli deyib.
Onun sözlərinə görə, ümumilikdə isə ölkəmiz Rusiyadan toyuq ətinin idxalını dayandırmaq niyyətində deyil:
“Ötən ilin dekabrında Rusiyanın Kostromsk vilayətində “quş qripi” ilə bağlı karantin elan edilib. Azərbaycan isə ötən ilin yanvarından həmin vilayətdən quş ətinin idxalını dayandırıb. Ona görə də Rusiyadan quş ətinin idxalının dayandırılmasına ehtiyac yoxdur”.